Prokurorluq Abşeron rayonunda baş verən qətl barədə məlumat yayıb.
Abşeron rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
***
12.09
Abşeron rayonunda qətl hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.
Kimliyi məlum olmayan, gənc qızın bıçaqlanaraq öldürüldüyü bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Araşdırma aparılır.