Abşeronda avtobus piyadanı vuraraq öldürdübackend

Abşeronda avtobus piyadanı vuraraq öldürdü

Abşeron rayonunda avtobus piyadanı vuraraq öldürüb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə dekabrın 12-si saat 18 radələrində rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*