Martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci il təvəllüdlü Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunmuşdur.
Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməmişdir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
14:45
Abşeron rayonunda kişi meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1956-cı il təvəllüdlü Eldar Lətif oğlu Hüseynov səhər saatlarında küçədə ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.