Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Müşviqabaq qəsəbəsində qeydə alınıb. Belə ki, 14 saylı sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Nəsirova Mələkxanim Bəxtiyar qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.