Abxaziyada Türkiyə vətəndaşı güllələndibackend

Abxaziyada Türkiyə vətəndaşı güllələndi

Abxaziyada Suxuminin mərkəzində silahlı atışma nəticəsində Türkiyə vətəndaşı öldürülüb. 

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, öldürülən şəxsin 2002-ci il təvəllüdlü Əhməd Aydın olduğu məlum olub.

Atışma nəticəsində yaralanan daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

Yaralılar arasında yetkinlik yaşına çatmayan da var.

Faktla bağlı cinayət işi açılıb, hadisənin motivləri araşdırılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*