Ac qarnına yaşıl çay içmək: Xeyirlidir, yoxsa zərərli?backend

Ac qarnına yaşıl çay içmək: Xeyirlidir, yoxsa zərərli?

Yaşıl çay sağlam yaşamı dəstəkləyən populyar içkilərdən biridir. Lakin ac qarnına içilməsi ilə bağlı mübahisəli fikirlər mövcuddur.

KONKRET.az pravda.az-a istinadən bildirir ki, bəzi mütəxəssislər ac qarnına yaşıl çayın həzm sistemini stimullaşdıraraq metabolizmanı sürətləndirdiyini iddia edir, bəziləri isə bunun mədəyə zərərli ola biləcəyini vurğulayır.

Faydaları:

Metabolizmanı sürətləndirir: Kafein və kateşinlər metabolizmanı aktivləşdirir, eyni zamanda yağların parçalanmasına kömək edir.

Antioksidan təsirləri: EGCG və digər polifenollar sərbəst radikallara qarşı mübarizə apararaq hüceyrə zədələnməsini azaldır.

Enerji artırır: Kafein yorğunluğu aradan qaldıraraq enerji səviyyələrini yüksəldir.

Zərərləri:

Mədə problemləri: Ac qarnına yaşıl çay mədə asidini artıraraq, həssas mədədə ağrı və bulantıya səbəb ola bilər.

Kafeinin yan təsirləri: Əsəbilik və yüksək ürək döyüntüsü kimi təsirlər yarada bilər.

Dəmir əmilimi: Yaşıl çaydakı taninlər dəmir əmilimini azaldaraq, anemiya riski yarada bilər.

Diqqət edilməli məqamlar:

Yeşil çayın gündəlik istehlakı 3 fincandan çox olmamalıdır. Hamilələr, yüksək təzyiqi olanlar və böyrək problemləri olanlar yaşıl çay istifadə etməzdən əvvəl həkimə müraciət etməlidir. Yeməklə birgə istehlak mədə problemlərinin qarşısını ala bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*