Aclıq aksiyası keçirən güney azərbaycanlı aktyorun vəziyyəti ağırlaşdıbackend

Aclıq aksiyası keçirən güney azərbaycanlı aktyorun vəziyyəti ağırlaşdı

Tehranda “Evin” həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı, tanınmış aktyor və xəttat Murtaza Pərvinin bir həftədir ki, başladığı aclıq aksiyasına görə vəziyyəti ağırlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, incəsənət xadiminin fəqərələrarası disk yırtığından əziyyət çəkməsi ailəsinin narahatlığını artırıb.

Qeyd edək ki, fevralın 23-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan güneyli fəal təcridxanada ona qarşı əsassız ittihamların irəli sürüldüyünü bildirib və qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirəcəyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*