Aclıqdan əziyyət çəkənlərin sayı açıqlandıbackend

Aclıqdan əziyyət çəkənlərin sayı açıqlandı

2021-ci ildə aclıqdan əziyyət çəkən və ya normal qidaya çıxışı olmayan insanların sayı 702 milyon ilə 828 milyon arasında olub .

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü dərc olunan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və bir sıra digər təşkilatların hazırladığı “Dünyada ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti 2022” adlı hesabatda bildirilir.

Hesabatda bu rəqəmin rekord olduğu qeyd edilir.

Adların sayının yuxarı həddi dünya əhalisinin 10,5%-ni əhatə edir, bu rəqəm 2020-ci ildə 9,9% və 2019-cu ildə 8,4% olub.

Hesabat müəlliflərinin sözlərinə görə, rekord sayda – 345 milyon insan aclıqdan ölmək ərəfəsindədir.

Ekspertlər hesab edirlər ki, Ukraynadakı vəziyyət və bununla bağlı qiymət artımı səbəbindən vəziyyət daha da pisləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*