Adnan Əhmədzadənin BƏƏ-dəki aktivləri bu şəxsə keçirbackend

Adnan Əhmədzadənin BƏƏ-dəki aktivləri bu şəxsə keçir

SOCAR-ın İnvestisiya departamentinin sabiq direktor müavini Adnan Əhmədzadənin həbsindən sonra onun Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətinin bütün səhmləri şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alınıb. Bu barədə

KONKRET.az xəbər verir ki, bu barədə “Haqqın.az” məlumat yayıb.

Məlumata görə, Sinqapurun bunker nəşri olan “Manifold Times” yazır ki, “Oilmar”ın sahibi ilə bağlı “hadisələr” (azərbaycanlı oliqarxın həbsi nəzərdə tutulur – red.) səhmlərin geri alınması prosesini işə salır.

Nəşr şirkət rəhbərliyinin bütün səhmləri almağa başladığını və alış prosesinin yaxın bir neçə gün ərzində başa çatdırılmasının gözlənildiyini açıqlayıb.

Qeyd olunur ki, Dubayda yerləşən “Oilmar Shipping and Chartering DMCC” dəniz yanacağı və neft məhsullarının satışı üzrə ixtisaslaşıb.

Şirkət 2015-ci ilin noyabrında yaradılıb və dünyanın 60-dan çox ölkəsində xidmət göstərir. 2022-ci ildə “Oilmar” komandası ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçən ümumi gəlir əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*