Türkiyədə çoxsaylı cinayətlər üzrə toplam 8 658 il həbs cəzasına məhkum edilən Adnan Oktar “rəsmi sənədlə saxtakarlıq”, “rəsmi sənədi pozmaq və ya məhv etmək” və “qaçaqmalçılıq” ittihamlarından bəraət alıb.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
İstanbul Anadolu 1-ci Ağır Cinayət Məhkəməsində baxılan iclasa Adnan Oktar və 14 şübhəli vəkilləri ilə birgə qatılıb.
Cinayət işinin materiallarına əsasən, 4 Noyabr 2013-cü il tarixində Haydarpaşa Limanına gələn 21 ədəd konteyner üçün Çində qurulan TGL HKN logistika şirkəti tərəfindən saxta sənədlər tərtib edilib.
Məhkəmənin qərarına əsasən, Oktarın bu işdə əli olmadığı təsdiq edilib.