ADU-da Novruz bayramına həsr olunan onlayn tədbir keçirildi – FOTOLARbackend

ADU-da Novruz bayramına həsr olunan onlayn tədbir keçirildi - FOTOLAR

Ötən gün Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq ETL, Magistratura şöbəsi və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin “Novruzun tarixi kökləri, simvolları və falları” adlı onlayn konfransı keçirilib.

KONKRET.az xəbər verir ki, tədbir Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın maderatorluğu ilə baş tutub. S.Əliyeva çıxış edərək, sovet dönəmində bir sıra milli adət-ənənələrimiz kimi Novruzun da sıxışdırıldığını, lakin Ümummilli liderimiz sayəsində bu gün bayramı rahat, azad, böyük təntənə ilə qeyd edə bildiyimizi dilə gətirib. “Sevindirici haldır ki, indi qədim bayramımız olan Novruz YUNESKO tərəfindən dünya xaqlarının mədəni irsi elan edilib”, – deyə maderator əlavə edib.

Qeyd: Magistratura şöbəsinin müdiri Firuzə Rzayevanın təşəbbüsü ilə bu onlayn tədbirdən öncə “Beynəlxalq ana dili günü” və Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı  onlayn tədbirlər təşkil olunmuşdu. Beynəlxalq Ana dili gününə həsr olunan tədbirdə akademik Muxtar İmanov Azərbaycan dilinin tarixi əhəmiyyəti və Ümumilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı yüksək  xidmətləri haqqında maraqlı fikirlər bildirib.  Xocalının ildönümünə həsr olunmuş tədbirdəsə faciənin siyasi, tarixi səbəbləri haqqında fikirlər səsləndirilib və Xocalı hadisəsinin canlı şahidi tələbələrə öz xatirələrini danışıb. Həmçinin İkinci Qarabağ savaşında qazandığımız zəfərlə bağlı dəyərli qazilərimizin iştirakı ilə Magistratura şöbəsi tərəfindən onlayn tədbirlər təşkil olunub. Qazilər öz xatirələrini tələbələrlə bölüşüb, gənclərin suallarını cavablandırıblar. Magistratura şöbəsi tərəfindən təşkil olunan tədbirlərdə ADU-da  təhsil alan əcnəbi tələbələr də iştirak edib və Azərbaycan həqiqətləri ilə tanış olublar.

AMEA-nın Arxeologoya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Bəhmən Əliyev “Novruzun tarixi kökləri” adlı çıxışında Novruz haqqında qədim mənbələrdə olan çox geniş və dərin məlumatları iştirakçılarla bölüşüb.

Türkiyənin Kayseri vilayətində yerləşən Erciyəz Universitetinin Türk Dili Bölümünün öyrətim görəvlisi, okutman Süleyman Aydın iştirakçıları salamlayaraq, Qarabağ torpaqları işğaldan azad edildiyi üçün ən xoşbəxt Novruzu bayram etdiyini vurğulayıb. Süleyman Aydın universitetinin rəhbərliyindən ADU-nun rəhbərliyinə və bütün kollektivinə təbriklərini çatdırıb.

Regionşünaslıq kafedrasının müəllimi Xəyalə Ağayeva “Novruzda  mərasimlər və oyunlar”  adlı çıxışında Novruz bayramı ərəfəsində və dönəmində bayram əhval-rühiyyəsi yaradan müxtəlif tədbirlərin qorunması-yaşadılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Magistratura şöbəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə  II kurs  magistrantı Şıxəliyeva Əminə “Novruz simvolları”nın  mənası,  mahiyyəti, xalqın onları böyük məharətlə inkişaf etdirərək, qoruyub-saxladığı haqqında danışıb.

Magistratura şöbəsinin Amerikaşünaslıq üzrə II kurs magistrantı Nərmin Zamanovanın “Novruz falları” haqqındakı çıxışı xüsusi marağa və zarafatlara səbəb olub.

Azərbaycanşünaslıq ETL-nın və Fəlsəfə və İctimai Elmlər kafedrasının professoru Niyazi Mehdi Novruzun fəlsəfəsi haqqında təhlil aparıb, adətlərin indiyə qədər qorunub-saxlanmasının səbəblərini izah edib.

Tədbirdə iştirakçılar Regionşünaslıq kafedrası müəllimlərinin və ADU tələbələrinin əvvəlki illərdə İzmir, Burza və Kayseridə keçirilən Novruz tədbirlərindən videoyazılar və şəkillərdən hazırlanmış slaydlara da baxdılar.

Tədbirin sonunda Leksikologiya kafedrasının müdiri Amil Cəfərov, Gəncə Dövlət Universitetinin tarix kafedrasının müdiri Vüsalə Veysəlova,  AMEA-nin əməkdaşı Rəşad Xəlilov, İstanbuldan Hulya Xuraman, Gülbəniz Palalı və başqaları müzakirələrdə iştirak ediblər.

Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli, magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, Azərbaycanşünaslıq ETL-nin müdiri Aqşin Rüstəmov da iştirakçıları salamlayaraq, Novruz bayramı münasibətilə təbrik ediblər, təşkilatçılara və iştirakçılara dərin təşəkkürlərini bildiriblər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*