İrem Yılandilin “Trendyol Azərbaycan”ının “endirim”i başlamadan bitdi – FOTObackend

İrem Yılandilin “Trendyol Azərbaycan”ının “endirim”i başlamadan bitdi - FOTO

“Trendyol Azərbaycan”da 6-11 noyabr tarixlərini əhatə edən “Super alış-veriş günləri” ilə bağlı müştərilər problemlə üzləşirlər.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, onlar daha çox “NOYABR20 koduna 20% endirim” kampaniyasında problem yaşayıblar.

Belə ki, koddan istifadə edilmədiyi halda istifadə olunurmuş kimi bildiriş gəlir, kodun vaxtı bitmədiyi halda isə “kod bitdi” kimi xəbərdarlıqlar olunur: “Bir neçə dəfə təkrar – təkrar yazırsan “noyabr20” bildiriş gəlir ki, tətbiq olundu, amma baxırsan qiymətdə heç bir dəyişiklik yoxdur”.

Müştərilər “Trendyol Azərbaycan”ın işi düzgün qurmadığından şikayətçidirlər. Bildirilir ki, bu platformada baş verənlər qeyri-dəqiqlik halları digərlərindən 2-3 dəfə çoxdur.

Qeyd: “Trendyol Azərbaycan” MMC-nin qanuni təmsilçisi İrem Çağrı Yılandildir. Şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 64, “City Tower” 16-cı mərtəbədir.

undefined

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*