Aeroport yolundakı ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMAbackend

Aeroport yolundakı ağır qəza ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Ötən gecə saat 22:30-da Sabunçu rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, “Saipa” markalı minik avtomobili hava limanı istiqamətində hərəkətdə olan zaman evakuatorla toqquşub.

KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “BakuBus” Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, toqquşma nəticəsində evakuatorun sürücüsü idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və mərkəz istiqamətində hərəkətdə olan, “BakuBus” MMC-nin H1 (Hava Limanı Ekspres) marşrut xətti üzrə fəaliyyət göstərən, 99-JH-355 dövlət qeydiyyat nişanlı “Neoplan” markalı avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusun sürücüsü İbrahim Qaziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Avtobusda olan sərnişinlər arasında xəsarət alan yoxdur.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*