Gədəbəydə qəzada ölən və xəsarət alanların adları məlum oldu – YENİLƏNİBbackend

Gədəbəydə qəzada ölən və xəsarət alanların adları məlum oldu - YENİLƏNİB

Gədəbəydə baş verən qəzada ölən və xəsarət alanların adları məlum olub.

KONKRET.az xəbər verir ki, qəza zamanı ölənlər rayonun Maarif kənd sakinləri 1981-ci il təvəllüdlü R. Bağırova və 2022-ci il təvəllüdlü U. Həsənovdur.

Xəsarət alanlar isə “VAZ-2104″ün sürücü 1981-ci il təvəllüdlü R. Həsənəliyev və “NİVA”nın sürücü 2006-cı il təvəllüdlü R. Şirinovdur.

Xəsarət alanlardan R. Həsənəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

***

23:57, 29.08.2025

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Maarif kəndində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, daha bir nəfər ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*