AFFA-nın baş katibi: “Qarabağ” qələbə üçün meydana çıxmalıdırbackend

AFFA-nın baş katibi: "Qarabağ" qələbə üçün meydana çıxmalıdır

“Qarabağ” mütləq şəkildə ancaq qələbə üçün meydana çıxmalıdır. Əminik ki, belə də olacaq.

KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev “Qarabağ”ın Bakıda “Braqa”ya qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

Funksioner bugünkü matçda ölkə çempionuna uğurlar arzulayıb: “Qarabağ” bunu bizə dəfələrlə göstərib və sübut edib ki, adlı-sanlı komandalara qarşı nəinki başabaş mübarizə apara, hətta rəqibi böyük hesabla üstələyə də bilər. Artıq bir neçə dəfə bunu görmüşük. Düşünürük ki, bu axşam da buna şahidlik edəcəyik”.

“Qarabağ” səfər qarşılaşmasında hər bir azərbaycanlını növbəti dəfə sevindirmişdi. Fürsətdən istifadə edərək, klubu, futbolçuları, məşqçi heyətini, rəhbərliyi, azarkeşləri ilk matçdakı qələbəyə görə təbrik edirəm. Lakin pley-off iki görüşdən ibarətdir və ilk qarşılaşma mərhələni adlamaq üçün işin 50 faizidir. Digər 50 faizi qarşıda qalıb. Bu o deməkdir ki, birinci nəticəyə əsaslanaraq arxayınlaşmaq olmaz”, – deyə baş katib vurğulayıb.

Qeyd edək ki, qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı görüşdə “Qarabağ” rəqibini 4:2 hesabı ilə üstələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*