AFFA-nın İntizam Komitəsi bu klubları cərimələdibackend

AFFA-nın İntizam Komitəsi bu klubları cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 9-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə edilib.

Eyni matçın 38-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Gəncə təmsilçisi 6000 manat cərimə edilib.

Həmin qarşılaşmanın 68-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub  komandası 3000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah”dan 4 nəfər sarı vərəqə aldığı üçün Bakı təmsilçisi 700 manat cərimə edilib.

“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*