Oktyabrın 30-da saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
KONKRET.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub: “1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir”.
***
19:07
Beyləqanda dörd nəfərin xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı minik maşını ilə “KİA” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər – 1961-ci il təvəllüdlü Tahir Nuriyev, 1997-ci il təvəllüdlü Raliz İbrahimov, 1997-ci il təvəllüdlü Bəhlul Məmmədov və 1980-ci il təvəllüdlü Rəşad Qasımov xəsarət alıb. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

