AFFA rəsmiləri UEFA-dan təyinat aldılarbackend

AFFA rəsmiləri UEFA-dan təyinat aldılar

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq təyinat alıblar.

KONKRET.az-ın məlumatına görə, onlar UEFA Gənclər Liqası matçlarında iş başında olacaqlar.

K. Mehdiyeva fevralın 11-də gerçəkləşəcək “Dinamo” (Ukrayna) – “Atalanta” (İtaliya), Z. Ağayeva isə növbəti gün “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda, ikinci görüş isə Trabzonda oynanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*