Kamerunun qərbində, Nemala kəndində sərnişinin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 37 nəfər ölüb, 18-i isə ağır yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” məlumat yayıb.
60-dan çox sərnişinin olduğu avtobus Fumban şəhərindən paytaxt Yaunde istiqamətində hərəkət edirmiş.
Belə ki, sürücü avtobusu yolda toplaşan insanlardan yayındırmaq istərkən qəza baş verib.
Ölənlərin sayının artacağı istisna edilmir.