Afrikada “Rus evi”nin rəhbərinə sui-qəsd oldubackend

Afrikada "Rus evi"nin rəhbərinə sui-qəsd oldu

Mərkəzi Afrika Respublikasındakı “Rus evi” Mədəniyyət Mərkəzinin direktoru Dmitri Sıtıya sui-qəsd cəhdi olub. 

KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Banqidəki diplomatik missiyasının mətbuat attaşesi Vladislav İlyin bildirib.

Məlumata görə, Sıtıya göndərilən bağlama açılan zaman partlayıb.

Dmitri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Afrika dövlət polisi hadisəni terror aktı hesab edib. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*