Ağ Ev İranla bağlı TƏLƏBİNİ açıqladı – Qəbul edilməsə…backend

Ağ Ev İranla bağlı TƏLƏBİNİ açıqladı - Qəbul edilməsə...

ABŞ administrasiyası İranla bağlanacaq mümkün nüvə sazişinin müddətsiz qüvvədə olmasını və sənəddə “müddətin bitməsi ilə bağlı şərtlərin” yer almamasını tələb edir. Bu barədə Axios nəşri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff çərşənbə axşamı qapalı görüşdə bildirib ki, Ağ Ev administrasiyası İranla imzalanacaq istənilən nüvə razılaşmasının müddətsiz olmasında israrlıdır və onun avtomatik olaraq qüvvədən düşməsini nəzərdə tutan maddələrə qarşıdır.

Uitkoffun sözlərinə görə, hazırda aparılan danışıqlar əsasən İranın nüvə proqramına yönəlib. Buraya ölkənin uranı zənginləşdirmək imkanları, eləcə də mövcud zənginləşdirilmiş uran ehtiyatlarının taleyi daxildir.

Məlumata əsasən, əgər tərəflər arasında nüvə sazişi imzalanarsa, ABŞ bundan sonra İranın raket proqramı və regionda dəstəklədiyi silahlı qruplaşmalarla bağlı əlavə danışıqlara başlamağı da planlaşdırır. Bu danışıqlara bölgə ölkələrinin də cəlb edilməsi nəzərdə tutulur.

Ekspertlər hesab edirlər ki, Vaşinqtonun sazişin müddətsiz olmasını tələb etməsi gələcəkdə İranın nüvə proqramının yenidən genişlənməsinin qarşısını almağa yönəlib və ABŞ-ın uzunmüddətli təhlükəsizlik strategiyasının tərkib hissəsidir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*