Yaxın günlərdə Sinay yarımadasından Qəzzaya təxminən 20 yük maşını humanitar yardım gələcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.
İsrailin baş naziri Benyamin Netanyahu ilə saatlarla davam edən danışıqlardan sonra Bayden qeyd edib ki, humanitar yardımın istiqaməti dəyişdirilmədiyi müddətcə Rəfah keçidinin açılması təmin ediləcək.
ABŞ lideri Qəzzada yaşayanların yeməyə, suya, dərmana və sığınacağa ehtiyacı olduğunu bildirib.
O, İsrailin təhlükəsizliyini qorumağa davam edəcəyinə söz verib və Əl-Əhli xəstəxanasına endirilən raket zərbəsinin İsrail qüvvələri tərəfindən həyata keçirilmədiyini lvurğulayıb.
Baydenin səfərindən sonra Netanyahunun ofisi bildirib ki, İsrail Misir vasitəsilə humanitar yardım axınına mane olmayacaq.
Ariz Həsənoğlu,
KONKRET.az