Ağac kəsən şəxs cəzalandırıldı – Bərdədəbackend

Ağac kəsən şəxs cəzalandırıldı - Bərdədə

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, araşdırma zamanı ağacların Bərdə rayonu Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1435 manat məbləğində cərimə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*