“Biz çalışmalıyıq ki, Əliyevlə Paşinyanın dekabr görüşü baş tutsun”.
KONKRET.az xəbər verir ki, bunu noyabrın 30-da jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Eduard Ağacanyan deyib.
“Biz vəziyyəti dalana dirənmiş hesab etmirik. Sadəcə bildirdik ki, açıq-aydın razılaşma var, Ermənistan da bundan dönmür.
Azərbaycanın mövqeyi və iş üslubu məlumdur. Azərbaycan tərəfinin ilkin razılaşmalara baxmayaraq, görüşlərdə iştirakdan imtina etdiyi hallar olub. Lakin qeyd olunan prosesi dalana dirənmiş hesab etmirik. Biz çalışmalıyıq ki, görüş baş tutsun”, – deyə Ağacanyan bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü dekabrın 7-də Brüsseldə planlaşdırılır. Lakin Azərbaycan Prezidenti İlham Əliyev bunun baş tutmayacağını, çünki Ermənistan görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirakını istəyib.
Xuraman Etibarlı,
KONKRET.az