Ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açıldıbackend

Ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açıldı

Sabirabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə KONKRET.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Sabirabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Müəyyən edilib ki, rayonun Qaragüney kəndi ərazisində Azərişıq ASC-nin Sabirabad Elektrik Şəbəkəsi üçün yeni inzibati binasının tikintisi zamanı Admiral-2012 MMC tərəfindən yaşıllıqların götürülməsinə dair ekoloji ekspertiza rəyi olmadan 8 ədəd müxtəlif cinsli ağacların kökboğazından kəsilməsi nəticəsində təbiətə 3 min 380 manat məbləğində ziyan dəyib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*