Ağalarov ziyanı açıqladı: 200 milyon dollarbackend

Ağalarov ziyanı açıqladı: 200 milyon dollar

“Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı Rusiyanın “Krokus Qrup” holdinqinə dəyən ziyan hesablama sistemindən asılı olaraq, 150-200 milyon dollar təşkil edib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu RBK-ya müsahibəsində “Krokus Qrup”un sahibi Araz Ağalarovun oğlu, sahibkar Emin Ağalarov deyib.

Onun sözlərinə görə, terror aktından sonra kompleksin ərazisindəki bütün obyektlərin işi iflic olub, gediş-gəliş xeyli azalıb:

“Krokus Siti Holl”un hesabına digər “Krokus Siti” obyektlərinə gündə təxminən 6-7 min insan gəlirdi”.

Ağalarov qeyd edib ki, təkcə konsert zalının tikintisinə 70 milyon dollar xərclənib və indi ondan heç nə qalmayıb:

“Terror aktı nəticəsində dağılan konsert zalının gələcək taleyi hazırda qeyri-müəyyən olaraq qalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*