Ağcabədidə üçotaqlı evdə yanğın olub.
KONKRET.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, yanğın rayon sakini Famil Hüseynova məxsus evdə baş verib.
Yanğın zamanı evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb və ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb.




