Gələn ay 30 manat yardım veriləcəkbackend

Gələn ay 30 manat yardım veriləcək

3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək.

KONKRET.az xəbər verir ki, milli.az-ın əldə etdiyi məlumata görə, bir dəfəlik yardımın məbləği 30 manat olacaq və yardımın dekabr ayında verilməsi nəzərdə tutulur.

Bəs birdəfəlik yardımı necə almaq olar?

Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər.

Xatırladaq ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq.

Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix  Azərbaycanda da qeyd olunur.

  • İsmayıl
    Noyabr 20, 2025 - 15:57

    Mən 2 ci qrub əliləm ismayil əhmədov lənkaran rayonu Şıxakaran kəndi mən işliyə bilimirəm mənim pensiyam yoxdur ortada 1 uşaqımda var yeməyi də yoxdur

  • İsmayıl
    Noyabr 20, 2025 - 18:03

    Ərizə formasını daa saytda yerləşdirsəydiniz, məmnun olardıq

  • Hilal
    Noyabr 24, 2025 - 16:51

    Salam Salyan rayon Arbatan kənd sakini Nuriyev Hilal Bilal oğlu 2 ci qrup əliləm Heç bir yerde işləmirəm Sizdən xahiş edirəm O pula ehtiyacım var

  • Hilal
    Noyabr 24, 2025 - 16:53

    Salam mən Salyan rayon Arbatan kənd sakini Nuriyev Hilal Bilal oğlu 2 ci qrup əliləm Heç bir yerde işləmirəm Sizdən xahiş edirəm O pula ehtiyacım var

  • Mətanət
    Noyabr 25, 2025 - 07:22

    Əlilliklə baqli 30 manat

  • Çinarə
    Noyabr 27, 2025 - 22:42

    3cü qrup əliləm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*