Ağdamda ikimərtəbəli ev yandıbackend

Ağdamda ikimərtəbəli ev yandı

Ağdamın Əfətli kəndində evdə yanğın olub. 

KONKRET.az xəbər verir ki, hadisə kənd sakini Akif Mehdiqulu oğlu Əsədova məxsus ikimərtəbəli yaşayış evində baş verib.

Yanğın zamanı evin 3 otağı əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə FHN-in Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülərək yaşayış evinin digər otaqlarına keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*