“Ağdamdan keçən yol nəhayət açılacaq”.
KONKRET.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə Rusiyanın dövlət qurumlarında regiondakı vəziyyətlə tanış olan mənbə deyib.
Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilkin olaraq həm Azərbaycan tərəfi, həm də Qarabağın erməni sakinləri tərəfindən razılaşdırılan variant təklif edib.
Mahiyyət ondan ibarət idi ki, Ağdamdan keçən yol açılsın və BQXK-nın xətti ilə lazım olan hər şey oradan çatdırılmağa başlasın. Və bu yol ilə nəqliyyatın hərəkətinə başlayandan düz bir gün sonra Moskvanın təklifinə əsasən, Laçın dəhlizində də nəqliyyatın hərəkəti bərpa olunacaqdı.
Mənbə deyir ki, bu variantı həyata keçirmək üçün bütün detallar yüksək hazırlıq səviyyəsində idi. Lakin sonradan bu proses dayandı.
Günel Mikayılova,
KONKRET.az