Ağdamın azad olunmasının ildönümü münasibətilə konsert keçirildibackend

Ağdamın azad olunmasının ildönümü münasibətilə konsert keçirildi

Ağdam şəhərinin işğaldan azad olunmasının ildönümü münasibətilə konsert təşkil edilib.

KONKRET.az-ın yerli bürosunun məlumatına görə, Quzanlı qəsəbəsində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib. Konsert proqramında yerli incəsənət xadimləri musiqi ifaları ilə çıxış edib.

Həmçinin tədbir təşkil olunan meydanın ətrafında simvolik olaraq Qarabağ atlarının yürüşü, o cümlədən, qədim idman növləri üzrə nümunələr göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*