Ağdamın işğaldan azad olunan ərazisində insan sümükləri aşkarlandı – RƏSMİbackend

Ağdamın işğaldan azad olunan ərazisində insan sümükləri aşkarlandı - RƏSMİ

Ağdam rayonunda insan sümükləri aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazisində Körpü-Bina Tikinti MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*