Ağdaşda İNTİHAR: Yeniyetmə qızları özlərini kanala atdılar – RƏSMİbackend

Ağdaşda İNTİHAR: Yeniyetmə qızları özlərini kanala atdılar - RƏSMİ

Sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*