Ağdaş rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğulub.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Belə ki, Ağdaş rayon sakini 2011-ci il təvəllüdlü Bakirli Murad Əli oğlu su kanalında çimərkən batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.