Sülhmıramlıların komandiri, general Andrey Volkov və Ruben Vardanyan azərbaycanlı ekoloqların RSK-nın müvəqqəti məsuliyyət zonasındakı mədənlərə səfəri zamanı təxribat törədiblər.
KONKRET.az xəbər verir ki, hadisə saat 16:00 radələrində baş verib. Rusiya sülhməramlıları hadisə yerində olublar.
Ekoloqların Rusiya sülhməramlılarının gözü qarşısında əraziyə girişinə mane olublar. Aqressiv dığalar əvvəlcədən oraya gətirilib. Özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanla və Vitali Balasanyan da ərazidə olub.
Göründüyü kimi, hər şey “sülhmıramlılar”la Vardanyanın planı əsasında qurulub.
Ekoloqlar Vardanyanla danışmaqdan imtina ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
Azərbaycan dövləti mütləq Laçın dəhlizi bağlamalıdır və orada öz suverenliyini göstərməlidir