“Ağıllı şəhər” nədir və onun tikintisində texnologiyalar hansı rol oynayır? – ARAŞDIRMAbackend

“Ağıllı şəhər” nədir və onun tikintisində texnologiyalar hansı rol oynayır? - ARAŞDIRMA

Müasir dünyada “ağıllı şəhər” çox məşhur bir konsepsiyadır. Bu layihə şəhər idarəçiliyini daha səmərəli edir, insanların həyatını yaxşılaşdırır, həyatı təhlükəsiz, ətraf isə daha müasir texnologiyalarla dizayn olunan şəhərə çevirir.

KONKRET.az xəbər verir ki, “Abram’s Cattle” şirkətinin prezidenti Arnel Kazanova əsasən inkişaf etmiş ölkələrdə çoxlu ağıllı şəhərlərin olduğunu deyir. Çünki belə şəhərlər üçün zəruri texnologiyaların tətbiqi böyük investisiyalar tələb edir. Məsələn, Arnel Kazanovanın yaşadığı Filippində ağıllı şəhərlərin təşkili təkcə hökumət və ya şəhər büdcəsi ilə məhdudlaşmır. Burada özəl kapitaldan da istifadə olunur.

“Biz birlikdə işləmək və texnoloji infrastruktur yaratmaq üçün vəsait toplayırıq”

Kazanova deyir ki, texnologiya süni intellekt şəhərlərini yenidən formalaşdırmaq və onları daha ağıllı etmək üçün uzun bir yol keçib. Məsələn, onlar şəhər rəhbərliyinin təbii fəlakətə nə qədər tez reaksiya verəcəyini və sakinlərin təhlükəsiz əraziyə təxliyyəsini təşkil edəcəyini hesablayır: “Məsələn, Filippində şəhərlərimiz sahilyanı ərazilərdə yerləşir və biz həmişə qasırğa və sunami riski altındayıq. Eyni vəziyyət Yaponiyada da hökm sürür. Yaponiyanın bir çox digər şəhərləri kimi Tokio da təbii fəlakətlərin erkən xəbərdar edilməsi üçün texnologiyadan istifadə edir. Zəlzələ baş verəndə insanlar dərhal və çox tez təxliyə olunur. Bu, çox vacibdir”.

“Texnologiyanın köməyi ilə şəhərlərdə elektrik enerjisinə qənaət etmək mümkündür. Məsələn, kompüter süni intellektin köməyi ilə hansı küçələrdə daha çox avtomobilin olduğunu hesablaya və axşam saatlarında bu küçələrin daha çox işıqlandırılmasını təmin edə bilər. Yaxud eyni məntiqlə ictimai tualetlərin, binaların girişlərinin və digər yerlərin ancaq ehtiyac yarandıqda işıqlandırılması mümkündür.

“Belə bir “ağıllı şəhər” layihəsi otaq, bina və ya bütöv şəhərə tətbiq oluna bilər. Bu da enerjiyə qənaət etməyə, fəaliyyətimizin ətraf mühitə təsirini azaltmağa imkan verir. Çünki karbon qazı elektrik enerjisi istehsalında əmələ gəlir. Amma indi bərpa olunan enerjiyə doğru keçid var və bu da yaxşıdır”, – “Abram’s Cattle” şirkətinin baş direktoru bildirib.

Yaşıl şəhər və ağıllı nəqliyyat

Kazanovanın sözlərinə görə, bu gün şəhərin nə qədər yaşıl, nə qədər ağıllı olduğunu, necə dizayn edildiyini və tikildiyini, enerji məsrəfini və digər amilləri ölçmək mümkündür. Ağıllı şəhərlərə nəqliyyat elementi də daxildir. Ağıllı şəhərdə həm də ağıllı nəqliyyat sistemi olmalıdır. Məsələn, insanlar avtobusların cədvəlini, eləcə də onların gediş-gəliş sxemini təxmini də olsa müəyyənləşdirə biləcəklər. Bu artıq bir çox şəhərlərdə tətbiq edilib. Eyni zamanda ən son texnologiyaların dəmir yolu stansiyalarında tətbiqi mümkündür. Məsələn, süni intellekt sərnişinlərin sayını hesablaya və bundan asılı olaraq vaqonların qatara əlavə olunmasını və ya çıxarılmasını təklif edə bilir. Bu da elektrik enerjisinə qənaətə imkan yaradır. Kazanov bildirir ki, texnologiyadan istifadə insanlara, onların ehtiyaclarına və ətraf mühitə xidmət göstərməlidir.

Urbanizasiya – 2050

“2050-ci ilə qədər dünya əhalisinin təxminən 75%-i şəhərlərdə yaşayacaq. Yəni çoxumuz şəhərləşəcəyik. Buna görə texnologiya həyatımızın bütün sahələrinə təsir etməlidir”, – Kazanova bildirib.

Onun fikrincə şəhər daha əhatəli, xüsusilə iqlim dəyişikliyinə görə daha təhlükəsiz, təbii fəlakətlərə və təhlükələrə qarşı daha dayanıqlı olmalıdır. Bütün bunlar “ağıllı şəhər”in təhlükəsiz, əhatəli, davamlı və sakinləri üçün daha yaxşı həyat keyfiyyətini təmin edən bir şəhərə çevrilməsinə gətirib çıxaracaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*