Ağızda görünməyən təhlükə: Dil sağlamlığınızı necə qoruyursunuz?backend

Ağızda görünməyən təhlükə: Dil sağlamlığınızı necə qoruyursunuz?

Bir çox insan dil sağlamlığının əhəmiyyətini görməzlikdən gəlir. Halbuki dilin sağlam olması gündəlik həyatda danışma, dadbilmə və ümumi ağız sağlamlığı üçün vacibdir.

KONKRET.az Pravda.az-a istinadla bildirir ki, dil üzərindəki bakteriyalar pis qoxuya, infeksiyalara və digər narahatlıqlara yol aça bilər.

Dil sağlamlığı üçün nələrə diqqət edilməlidir?

– Ağız gigiyenasına önəm verin: Dişlərinizi müntəzəm fırçalamaq, dil təmizliyi və diş ipindən istifadə bakteriyaların qarşısını alır.

– Şəkərli və turşulu qidaları azaldın: Bu növ qidalar dil səthinə zərər verə və infeksiyalara səbəb ola bilər.

– Zərərli vərdişlərdən uzaq durun: Siqaret və spirtli içkilər dili qıcıqlandıra və ağız quruluğuna yol aça bilər.

– Kifayət qədər su için: Ağızın nəmli qalması üçün gün ərzində su içmək vacibdir.

– Stressdən uzaq olun: Stress tüpürcək ifrazını azaldaraq dilin qurumasına və həssaslaşmasına səbəb ola bilər.

– Müntəzəm diş həkimi müayinəsi: Hər hansı bir infeksiya və ya dəyişiklik erkən aşkar edilərək vaxtında müdaxilə edilə bilər.

Dil sağlamlığı üçün faydalı qidalar

– C vitamini ilə zəngin meyvə və tərəvəzlər: Portağal, kivi, mandarin, brokoli və bibər immuniteti gücləndirir və ağız selikli qişasını qoruyur.

– Lifli qidalar: Kök, alma, kəpəkli makaron və tam taxıllı çörək ağız sağlamlığını dəstəkləyir.

– Su: Gün ərzində yetərli miqdarda su içmək ağız quruluğunu və dil problemlərini önləyir.
Nəticə etibarilə, sağlam bir dil üçün yalnız düzgün qidalanmaq yetərli deyil. Ağız təmizliyinə diqqət göstərmək, müntəzəm həkim nəzarəti və zərərli vərdişlərdən uzaq durmaq da əsas şərtlər arasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*