Ağstafada iki avtomobil toqquşdu, ölən varbackend

Ağstafada iki avtomobil toqquşdu, ölən var

Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə KONKRET.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Köçvəlili kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1986-cı il təvəllüdlü İsrafilov Ələsgər Əyyub oğlunun meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*