Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 11 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.