Ağsuda baş verən yanğın söndürüldübackend

Ağsuda baş verən yanğın söndürüldü

Ağsu rayonunun şimal dağlıq ərazisində yanğın baş verib.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın bu gün saat 13 radələrində dağ kəndi olan Nüydü yaşayış məntəqəsinin ərazisində başlayıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın və 20 nəfər canlı qüvvə göndərilib. Habelə, köməyə qonşu İsmayıllı, Şamaxı və Qobustan rayonlarından, ümumilikdə daha 4 yanğınsöndürən maşın və 27 nəfər canlı qüvvə gəlib. Axşamüstü yanğın olan ərazi tam nəzarətə götürülüb və yanğının yayılmasının qarşısı alınıb. Hazırda közərmə zonalarında və tüstülənən ərazilərdə işlər davam etdirilir.

Qeyd edək ki, yanğın biçilmiş taxıl, ot və kol-kos sahələrində baş verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*