Ağsuda kafe sahibi və müştəriləri cərimələndibackend

Ağsuda kafe sahibi və müştəriləri cərimələndi

Ağsu rayonunun Növcü kəndinin ərazisində yerləşən kafenin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

KONKRET.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

Obyektin sahibi, rayonun Xəlilli kənd sakini Fərhad Şıxıyev və orada olan 4 müştəri polis şöbəsinə dəvət olunub. Polis şöbəsində onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*