Ağsuda sərnişin mikroavtobusu qəzaya uğradı, xəsarət alanlar varbackend

Ağsuda sərnişin mikroavtobusu qəzaya uğradı, xəsarət alanlar var

Ağsuda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, mikroavtobus Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib. Yaralılardan biri – 2009-cu il təvəllüdlü, Ağsu rayon Padarqışlaq kənd sakini Səmədova Dürdanə Səməndər qızı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, 6-sı isə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*