Ağsunun yeni icra başçısı kimdir? – DOSYEbackend

Ağsunun yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin aprelin 29-da imzaladığı sərəncamla Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

KONKRET.az Rövşən Elmidar oğlu Bağırovun tərcümeyi-halını təqdim edir:

R.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub.

1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1983-cü ildə əmək fəaliyyətinə başlayıb.

1983-1985-ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrasında preparator, 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987-1989-cu illərdə Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrasında laborant, 1989-1990-cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990-1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə “Gənclik” Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib, 1991-1992-ci illərdə “Amal” kiçik müəssisəsində baş mühasib, 1992-1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib olub.

1995-1996-cı illərdə “Elmarbank” Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994-2003-cü illərdə “Debut” Səhmdar Kommersiya Bankının “Sahil” filialında şöbə müdirinin müavini, 2003-2006-cı illərdə “Bakı yoltikintiservis” Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006-2007-ci illərdə “Sənaye Tikinti Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

2007-2021-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Ailəlidir, 3 övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*