Aİ 60 min Ukrayna əsgərinə təlim keçibbackend

Aİ 60 min Ukrayna əsgərinə təlim keçib

Avropa İttifaqı (Aİ) 2022-ci ildən bu yana öz ərazilərində Ukrayna silahlı qüvvələrinin hərbi qulluqçularına təlim keçib.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Kommissiyası (AK) məlumat yayıb.

AK rəhbərinin birinci müavini Valdis Dombrovskis qeyd edib ki, Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası çərçivəsində sözügedən ölkənin 60 min üzvünə təlim keçilib.

Bildirilib ki, qışa qədər daha 15 min ukraynalı təlimlərə cəlb olunacaq.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə qədər Aİ rəsmi Kiyevə ümumilikdə 118 milyard avro dəyərində yardım edib.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*