Aİ Belarusiyaya qarşı sərt sanksiyalar tətbiq etdibackend

Aİ Belarusiyaya qarşı sərt sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Belarusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləyərək, maliyyə və hərbi sahələri əhatə edən ciddi məhdudiyyətlər tətbiq edib.

KONKRET.az xəbər verir ki, Aİ Şurasının bəyanatına əsasən, Belarusla bağlı maliyyə xidmətlərinə qoyulan qismən qadağa tam miqyaslı tranzaksiya qadağası ilə əvəz olunub. Bu, Minskə qarşı maliyyə təzyiqlərinin daha da sərtləşdirildiyini göstərir.

Bundan əlavə, Aİ Belarusdan silah idxalına embarqo qoyur. Həmçinin Belarusun hərbi-sənaye kompleksi ilə bağlı səkkiz obyektə qarşı sanksiyalar tətbiq olunub. Həmin müəssisələrin adları hələlik açıqlanmayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*