“Aİ Nigerə hərbi missiya göndərməyi planlaşdırır” – KİVbackend

"Aİ Nigerə hərbi missiya göndərməyi planlaşdırır" - KİV

Avropa İttifaqı (Aİ) Nigerin ​​Sahel bölgəsində münaqişənin həlli üçün sülhməramlı missiya yerləşdirməyi nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qərar dekabrın ortalarında verilə bilər. Gələn il missiyanın bölgəyə göndəriləcəyi gözlənilir. Missiya üç il müddətində fəaliyyətdə olacaq.

Məqsəd Niger silahlı qüvvələrinə təlim keçmək, hərbi qurumları dəstəkləmək və silahlarla təmin etmək olacaq. Vəsaitin hazırda Aİ ölkələrindən Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü birgə maliyyələşdirən Avropa Sülh Fondundan ayrılması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*