Aİ nümayəndəsinin Xankəndi ifadəsindən narazı qalan təkcə ERMƏNİLƏR DEYİLbackend

Aİ nümayəndəsinin Xankəndi ifadəsindən narazı qalan təkcə ERMƏNİLƏR DEYİL

Ərazilərimizi otuz il işğal altında saxlayan Ermənistanda hər kəs məsələnin qapandığını düşünəndə Azərbaycanda vəziyyət tamam başqa idi. Hər kəs işğal altında qalan torpaqların nə vaxtsa azad olunacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistan ordusunun darmadağını ilə nəticələndi. Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Müharibədən üç ilə yaxın vaxt keçsə də, düşmən tərəf məğlubiyyətlə barışmaq istəmir.

Azərbaycan isə Qarabağda tikinti quruculuq işlərini davam etdirir. Laçın rayonu ərazisində sərhəd keçid məntəqəsi quraşdırılıb.

Deməli, Azərbaycan öz dövlət sərhədlərinə nəzarəti tam bərpa edib.

Beynəlxalq təşkilatlarda da Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə olunur və ölkəmizin ərazilərindəki toponimlərin adları düzgün ifadə edilir.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səsləndirdiyi ifadə də bunu bir daha təsdiq edib. Toivo Klaar ermənilərin ümidlərinə son qoyaraq Azərbaycanın Xankəndi şəhəri ifadəsini işlədib. Klaarın Xankəndi söyləməsi erməniləri özlərindən çıxarıb və onun ünvanına tənqidlər səsləndirməkdə davam edirlər.

Avropa İttifaqının rəsmi şəxsinin erməni “Stepanakert”ini tarixi adı ilə adlandırması ermənilərlə bərabər, Avropa Parlamentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə alt komitəsinin sədri Natali Loiseaunun da etirazına səbəb olub. Fransalı deputat Toivo Klaarın dediklərinə “düzəliş” edib və şəhərin adını ermənilər kimi ifadə edib. Tarixi Azərbaycan torpaqlarına sonradan qondarma adlar qoyan ermənilər reallıqla barışmaq istəmirlər. Onların xaricdəki havadarları da bu reallığı qəbul etmək niyyətində deyil.

Regiondakı durum isə tamam başqadır. İndi regionda şərtləri Azərbaycan diktə edir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*