Avropa Komissiyası və Avropa İttifaqı ölkələrinin nümayəndələri həftə sonu Rusiyaya qarşı doqquzuncu sanksiya paketinin hazırlanmasını müzakirə ediblər.
KONKRET.az “Politico”ya istinadən xəbər verir ki, sanksiyalar siyahısına 180 şəxs və subyektlə bağlı yeni bəndlərin əlavə edilməsi təklif olunub.
Bildirilib ki, texnologiya, maliyyə və media sahəsi ilə bağlı tədbirlər müzakirə edilib.
Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi oktyabrın əvvəlində təsdiq edilib.