Aİ Rusiyaya qarşı yeni sanksiyaları QƏBUL ETDİbackend

Aİ Rusiyaya qarşı yeni sanksiyaları QƏBUL ETDİ

Aİ ölkələrinin Daimi Nümayəndələr Komitəsi (Coreper) Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çexiyanın Aİ-dəki nümayəndəsi Twitter-də bildirib.

Onun sözlərinə görə, yeni sanksiyada Rusiya neftinin qiymətinə, bu ölkədən polad, kağız, kimya məhsulları, plastik və siqaretlərin ixracına, hüquq, informasiya texnologiyaları və mühəndis xidmətlərinin göstərilməsinə məhdudiyyətlər tətbiq edilir.

Qeyd edilib ki, sanksiyaların verilməsi üçün texniki prosedur başlayıb. Sanksiyalar Aİ-nin rəsmi jurnalında dərc edildiyi andan qüvvəyə minəcək.

Bundan başqa, sanksiya siyahısına Rusiyanın tərkibinə daxil olmuş Zaporojye və Xerson vilayətlərinin məmurları da əlavə olunacaq.

Qeyd edilib ki, sentyabrda G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı razılığa gəliblər. Qiymət limiti hələ müəyyən edilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*