Aİ Şurası Ukraynaya 18 milyard avroluq yardımı təsdiqlədibackend

Aİ Şurası Ukraynaya 18 milyard avroluq yardımı təsdiqlədi

Avropa İttifaqı (Aİ) Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ Şurası bəyanat yayıb.

“Şura Aİ-nin 2023-cü il ərzində Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib”, – qeyd edilib.

Bildirilib ki, 18 milyard avroluq kredit 10 illik güzəştli şərtlərlə təqdim olunur.

Aİ Şurasının bu təklifi gələn həftə Avropa Parlamentinə göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*